Bakıda yağış yağacaq, dağlıq ərazilərdə qar gözlənilir
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşam isə yağış yağacağı ehtimalı var.
Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntılar bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA