Türkiyədə növbəti terror aktı: iki hərbçi şəhid olub

Türkiyədə növbəti terror aktı qeydə alınıb. APA TV-nin məlumatına görə, Mardin-Diyarbəkir yolunda mina yoxlaması zamanı partlayış baş verib. Partlayış nəticəsində iki əsgər şəhid olub.

Terrorçular yerə basdırılmış minanı hərbçilər əraziyə yaxınlaşan zaman uzaqdan idarəetmə üsulu ilə işə salıblar. Hadisə nəticəsində bir neçə hərbçi yaralanıb. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR