Azərbaycanda bütün valyutalar ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb. Rəsmi kursa əsasən, manat bütün valyutalara qarşı dəyər qazanıb.

 

Bu gün ABŞ dollarının rəsmi kursu 1.7282 manat, avronun kursu 1.8344 manat, 1 funt sterlinq isə 2.1022 manat təşkil edir.

 

Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 29 manat 20 qəpik, 100 gürcü larisi 69 manat 62 qəpik, 100 türk lirəsi 46 manat 15 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR