Tovuzda vurulan piyada öldü, qaçan sürücü təslim oldu

Tovuz rayonunda yolu keçən piyadanı maşın vurub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

 

Yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Kərimov Yaşar Məhərrəm oğlunu maşın vurub. Avtomobil piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb. Xəsarət alan piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 

 

Hadisəni törədən "VAZ 2106" markalı avtomobilin sürücüsü Tovuz şəhər sakini, 1985-ci il təvəllüdlü Hacıyev Rəşad Qəmbər oğlu Tovuz Rayon Polis Şöbəsinə gələrək təslim olub. 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR