Putindən gözlənilməz açıqlama: "Medvedev xəstədir"

"Dmitri Anatoliyeviçi qoruya bilmədik". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu prezident Vladimir Putin hökumətin iclasında bildirib.

O, ölkədəki qrip virusu ilə bağlı epidemioloji vəziyyətin nisbətən səngidiyini, lakin hələ də narahatlığa əsas olduğunu deyib. Baş nazir Dmitri Medvedevin toplantıya qatılmamasına diqqət çəkən V. Putin "Onu qoruya bilmədik, o xəstədir" ifadəsini işlədib.

Xatırladaq ki, xəstəliyi səbəbindən iclasda iştirak etməyən baş nazirin bu günə olan bütün tədbirləri təxirə salınıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR