Parisdə Azərbaycan prezidentinə dəstək aksiyası keçirildi
Avropada yaşayan azərbaycanlılar prezident İlham Əliyevə dəstək nümayiş etdirmək məqsədilə Parisin Joffre meydanında - Sülh divarının yaxınlığında aksiya keçirib.
APA TV-nin məlumatına görə, aksiya iştirakçıları prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətinə dəstək nümayiş etdirib, Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildiriblər.
Mitinq iştirakçıları prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan güclü orduya, inkişaf edən iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malik dövlətdir.
Aksiyada, həmçinin, beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb olunub. Mitinqdə iştirak edənlər bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.
Aksiyada həmçinin qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olan Fransa ilə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarının, hökumət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı bu əməkdaşlığın daha da genişləndirildiyini göstərir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA