Bakıda İlaxır çərşənbə belə qeyd edildi - GUR TONQALLAR, MÖHTƏŞƏM ATƏŞFƏŞANLIQ
Bu gün Novruz qabağı son çərşənbə - "Torpaq çərşənbəsidir". APA TV-nin məlumatına görə, bu münasibətlə Bakının demək olar hər tərəfində tonqallar çatılıb.
Paytaxtın köhnə məhəllələrində bayram ab-havası xüsusi ilə hiss olunub, çəkiliş qrupumuz da fürsətdən istifadə edib, Bakının bayram əhval-ruhiyyəsini lentə alıb.
"Sovetski", "Kubinka" adlanan məhəllələrdə daha böyük tonqallar qalanmışdı.
Tonqal çatan uşaqlara böyüklərin də dəstək olduğunun şahidi olduq. Bu eyvandakı kişi bəlkə də məhz Novruz bayramında yandırmaq üçün yığdığı taxta parçalarını aşağıdakı uşaqlara atırdı.
"APA Holding"in yerləşdiyi ünvanda da məhəllə sakinləri bayramı qeyd etmək üçün tonqal ətrafına toplanmışdılar.
Daha sonra isə kameramızı da götürüb, üz tutduq İçəri şəhər istiqamətinə, bayramın mərkəzi meydanı olan Qoşa qala qapısına...
Saatın gec olmasına baxmayaraq insanlar daha çox gəzməyə üstünlük verir, sanki evə getməyi heç kəs istəmirdi.
Bakıya, Novruza aid suvenirlər satan səyyar satıcıların da alveri deyəsən pis getmirdi.
Bakının rəmzi olan "Qız qalası"nın qarşısında isə cənublu soydaşlarımızla rastlaşdıq. Onlar öz bayram arzularını dilə gətirməkdə israr etdilər.
Bakının İlaxır çərşənbə sevinci atəşfəşanlıqla yadda qaldı.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA