İsmayıllıda meşə sahəsində yanğın söndürülüb
İsmayıllı rayonunda meşəlik ərazidə yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Talıstan kəndində qeydə alınıb. İstirahət mərkəzinə yaxın ərazidə meşə sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 400 kvadratmetr olan meşədə ağaclar və kol-kos yanıb. Yanğınsöndürənlərin və kənd sakinlərinin köməkliyi ilə alovun genişlənməsinin qarşısı alınıb və yanğın söndürüb. Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:05
611
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
723
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
723
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1139
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1216
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1738