Qax sakini at arabasının altında qalaraq ölüb

Qaxda meşəyə çır-çırpı gətirməyə gedən  57 yaşlı kişi at arabasının altında qalaraq ölüb. APA TV-nin məlumatına görə, hadisə dünən günorta saatlarında rayonun Qoroğan kənd inzibati ərazisinin yaxınlığındakı meşə massivinə gedən yolda baş verib.

 

Kənd sakini, 57 yaşlı Şahin Əliyev səhər saat 8.00 radələrində ata arabası ilə birlikdə kənddən təqribən 3 km uzaqlıqda yerləşən meşəyə gedib. Hər gün günorta nahara gələn Şahin Əliyev bu dəfə dönməyib. Qohumları narahat olduğundan həmin əraziyə yollanıblar.

 

Mərhumun meyiti yıxılmış arabanın altında aşkarlanıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR