Ağsuda 11 yaşlı şagird məktəbdə aldığı xəsarətdən öldü - MÜƏMMA
Ağsu rayonunda məktəbli uşaq aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Uşağın vəziyyəti ağır olduğu üçün ona xəstəxanada ilkin tibbi yardım göstərilib və uşaq təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Onun hansı səbəbdən başından ağır travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə sinif yoldaşları ilə futbol oynayarkən yıxılıb.
Ağsu rayon Prokurorluğundan APA TV-yə faktı təsdiqləyiblər. Bildirilib ki, Əli Əliyev təhsil aldığı məktəbin həyətində uşaqlarla oynayarkən ehtiyatsızlıq edib və yaxılaraq başı daşa dəyib və xəsarət alıb.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA