Bu ildən Bakı məktəblərində I sinfə qəbul müsabiqəsiz aparılacaq - YENİLİK
Bakı şəhərində I sinfə qəbul qaydaları asanlaşdırılıb. APA TV-nin məlumatına görə, artıq sabahdan başlayaraq paytaxt üzrə I sinfə qəbul onlayn formatda həyata keçiriləcək. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, BŞTİ tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu aparılacaq. Martın 15-dən sentyabrın 15-nə qədər davan edəcək elektron ərizələrin qeydiyyatı zamanı valideynlər məktəbi, təlim dilini və müəllimi seçə biləcəklər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva yeni qaydaları açıqlayıb: "Valideyn sistemdən tam olaraq qeydiyyatdan keçdikdən sonra öz şəxsi kabinetinə daxil olub elektron ərizəni çap edir və lazimi sənədlərlə birlikdə məktəbə təqdim edir. Burada da valideynərin işini asanlaşdırmaq üçün daha bir yenilik təqdim olunub. Valideyn sənədləri məktəbə təqdim edən zaman övladlarını özləri ilə məktəbə aparmırlar. Bu isə o deməkdir ki, ümumtəhsil məktəblərinə qəbul zamanı şagirdlərin müsahibəsi olmayacaq".
Valideyn övladının məktəbə qəbulu üçün elektron formada doldurduğu sənədi, özünün və övladının şəxsiyyətini təsdiq edən sənədinin əslini, məktəbəhazırlıq qrupunda təhsil almasına dair arayış, sağlamlıq haqqında arayışı təqdim etməlidir. Bundan sonra valideynə məktəb tərəfindən qəbz verilir. Valideynə qəbz veriləcəksə, deməli onun şagirdi I sinfə qəbul edilib.
Bu il tətbiq ediləcək daha bir yenilik lisey və gimnaziyalara qəbulla bağlıdır. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyada birinci sinfə qəbul da müsabiqəsiz keçiriləcək, bu liseylərə həmin ərazidə yaşayan şagirdlər müsabiqəsiz qəbul olunacaq.
İlhamə Abdullayeva ortaya çıxan suallara aydınlıq gətirib: "Belə bir sual çıxa bilər ki, valideyn mikroərazidə yaşamırsa, lisey və gimnaziyalara qəbul hansı formada aparılacaq? Əgər valideyn mikroərazidə yaşamırsa o zaman valideyn mektebeqebul.edu.az saytına daxil olub, şəxsi kabinet yaratdıqdan sonra "müsabiqəyə yazıl" düyməsinin sıxmaqla övladı üçün müsabiqə yeri müəyyən etmiş olacaq. Müsabiqə iyun ayında aparılacaq".
Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət gimnaziyasının birinci sinfinə qəbulda bu qaydalar istisnadır. Bu məktəblərə şagirdlərin qəbulu mikroərazidə yaşamasından asılı olmayaraq, müsabiqə əsasında aparılacaq.
Qəbul prosesində valideynlərlə qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA