Bakıya indi də Türkmənistandan toz kütləsi gəlir - XƏBƏRDARLIQ
“Metereoloji şəraitlə bağlı olaraq bu gün gecə və sabah səhər saatlarında Türkmənistandan Azərbaycana toz dumanı gələcək. Toz dumanı artıq Xəzər dənizinin üzərindədir. Günün ikinci yarısından sonra toz dumanı hava axını ilə birlikdə ölkə ərazisinə daxil olacaq”.
Bu açıqlamanı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
O bildirib ki, Ərəbistandan gələn toz dumanı artıq ölkənin üzərindən çəkilib.
M. Avazova qeyd edib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur: “Elə də kritik vəziyyət olmasa da, sadəcə ürək-qan damar sistemində problem olan insanların belə havada qapalı şəraitdə olmaları daha əlverişlidir”.
OXŞAR XƏBƏRLƏR
17:05
673
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
786
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
787
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1142
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1219
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1740