Bakıda hava küləkli olacaq, bölgələrdə yağış yağacaq

Bakı və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə arabir duman olacaq.

 

Şimal-qərb küləyi  ilə gündüz cənub-şərq küləyi  əvəz olunacaq.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6, gündüz  13-15 dərəcəisti olacağı gözlənilir.

  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR