Kürdəmirdə yaşayış evi yandı
Kürdəmirdə fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında şəhərin Z. Tagiyev küçəsi 13 A ünvanında 1949-cu il təvəllüdlü Xamış Mirəli oğlu Xancanova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 6 otaqdan və mətbəxdən ibarət yaşayış evində baş verib.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 20 kvadratmetri yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqda ki, tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:05
674
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
787
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
789
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1142
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1219
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1740