Göyçayda polis adam öldürdü
Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə ötən gün axşam saat 21:00 radələrində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məhəmməd Quliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçayın Qarayazı kənd sakini 1956-cı il təvəllüdlü Eyvazov Sədiyar Bulud oğlunu vurub. Sədiyar Eyvazov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:05
673
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
786
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
787
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1142
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1219
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1740