Tramp əmr verdi: "Məhv edin!"
Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin səlahiyyətlərinin genişləndirilməsi barədə qərar verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, prezident quruma terrorçuların məhv edilməsi üçün PUA-dan istifadə hüququ verib.
Əvvəllər MKİ-nə bu aparatlardan yalnız terrorçuların yerinin müəyyənləşdirilməsi məqsədilə istifadəsinə icazə verilirdi. Zərbələri isə hərbçilər endirirdi.
Bu qərar ABŞ-ın eks-prezidenti Barak Obamanın siyasətinə tam ziddir. O, ümumiyyətlə MKİ-nin hərbi funksiyalarının məhdudlaşdırılmasının tərəfdarı idi.
Mətbuatın yazdığına görə, MKİ artıq Trampın qərarından sonra terrorçulara bir neçə dəfə zərbə endirib. Ötən ay bu zərbələr nəticəsində "Əl-Qaida"nın Suriyadakı liderlərindən Əbu əl-Xeyra əl-Masri öldürülüb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA