Hollandiyanın partiya liderləri Türkiyəni hədələdilər: Cavabınızı verərik!
Hollandiya ilə Türkiyə arasında diplomatik böhran dərinləşir. APA TV-nin məlumatına görə, parlament seçkiləri ərəfəsində teledebata çıxan Liberal Sağ Partiyanın lideri və baş nazir Mark Rutte ilə radikal sağ Azadlıq Partiyasının rəhbəri Girt Vilders Türkiyəni hədələyiblər.
Vilders Türkiyənin Hollandiyadakı səfiri Sadık Arslanı ölkədən çıxarmağı təklif edib. Radikal sağlı lider əlavə edib ki, Hollandiyada yaşayan türklər prezident Ərdoğanın fikirlərinə qarşı çıxmasalar, onları ölkədən qovmaq lazımdır.
Baş nazir Mayk Rutte isə Hollandiya hökumətinə faşist deyə xitam edilməsini qəbulolunmaz adlandırıb. "Türkiyə sözünü geri götürməlidir. Türk nazirin ölkədən çıxarılması dünyada rast gəlinməyən bir hərəkət idi. Vəziyyətin daha da gərginləşməsini istəmirik. Amma türklər durumu daha da gərginləşdirsə, cavab vermək məcburiyyətində qalacağıq".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA