Rusiya Afrikanın şimalına qoşun çıxardı - YENİ MÜHARİBƏ TƏHLÜKƏSİ
Rusiya xüsusi təyinatlılarından ibarət kontingentini Misirin qərbinə çıxarıb. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, onlar burdakı aviabazada yerləşib.
Onların Liviyada davam edən münaqişələrə müdaxilə edəcəyi bildirilir.
ABŞ-ın Misirdəki diplomatik mənbələri rusların canlı qüvvədən başqa bölgəyə PUA-lar gətirdiyini və onları ölkənin Liviya ilə sərhədi yaxınlığında - Sidi-Barani yaşayış məntəqəsində cəmləşdirdiyini iddia edir.
Misir hərbi mənbələri isə ölkə ərazisinə cəmi 22 rus hərbi mütəxəssisinin gəldiyini qeyd edib. Onların məqsədinin nədən ibarət olduğu barədə məlumat verilmir.
Media isə Rusiyanın Misirin başqa bir aviabazasından - Marsa-Matrux bölgəsindəki obyektdən artıq fevralın əvvəlindən istifadə etdiyini yazır.
Rusların əsas məqsədinin Liviya milli ordusunun komandanı Xəlifə Xaftarı dəstəkləmək olduğu deyilir. Onun başçılığı ilə ordu on gün əvvəl neftlə zəngin olan ərazilərdən geri çəkilməyə məcbur olub.
Bu arada rəsmi Qahirə ölkə ərazində əcnəbi hərbçilərin olduğunu təkzib edir, Xaftarın yaxın ətrafı isə Rusiyadan hər hansı dəstək gördükləri barədə xəbərlərin yanlış olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA