Lordlar Palatası təsdiqlədi, Britaniya "Brexit"in icrasına başlayır
Lordlar Palatası Britaniyanın baş naziri Tereza Meyə ölkənin Avropa Birliyindən çıxması proseduruna başlamaq hüququ verib. APA TV-nin məlumatına görə, bu qərarı yuxarı palatanın əksər üzvləri dəstəkləyib. Bundan əvvəl Britaniya parlamentinin aşağı palatası baş nazirə analoji hüquq vermişdi. Qanunvericiliyə əsasən, "Brexit"ə başlamaq barədə qərarı kraliça imzalamalıdır.
Baş nazir Tereza Mey Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına start verəcək sənədi ayın sonlarında imzalayacaq.
"Brexit" tərəfdarları parlamentin bu qərarını alqışlayıblar. Mühafizəkarlar Partiyasının deputatı Dominik Raab bildirib ki, artıq Avropa Birliyi ilə Britaniyanın qurumu qarşılıqlı maraqlar əsasında tərk etməsi proseduruna başlamağın vaxtı çoxdan çatıb.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair referendum ötən ilin iyununda keçirilib. O zaman ölkə vətəndaşlarının 51,9 faizi "Brexit" ideyasını dəstəkləyiblər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA