Hollandiya səfirinə Türkiyəyə qayıtmaq qadağan edildi, yüksək səviyyəli əlaqələr dayandırıldı

Türkiyə Nazirlər Şurasının iclasında Hollandiyada türkiyəli nazirlərlə bağlı yaşanan insident müzakirə edilib. Hökumət sözçüsü Numan Kurtulmuş iclasdan sonra keçirilən mətbuat konfransında bildirib ki, hazırda Türkiyədən kənarda olan Hollandiyanın Ankaradakı səfirinə Türkiyəyə giriş qadağan edilib. Numan Kurtulmuş bəyan edib ki, Hollandiya üzr istəməlidir. Bundan başqa, rəsmi Ankara Amsterdamdan Hollandiyadakı türk diplomatların təhlükəsizliyinə təminat verilməsini tələb edib.

“Dediyimiz məsələlər həllini tapanadək hazırda xaricdə olan Hollandiya səfirinin geri qayıtması qadağan edilib. Hollandiyanın diplomatik uçuşlarına da icazə verilməyəcək. Bundan sonrakı dövrdə Hollandiya ilə yüksək səviyyəli əlaqələr, planlaşdırılmış toplantılar, rəsmi danışıqlar dayandırılır”.

 

Numan Kurtulmuş bəyan edib ki, Hollandiya üçün diplomatik uçuşlara razılığın ləğv edilməsinin Hollandiya vətəndaşlarına aidiyyatı yoxdur və yalnız diplomatlara şamil ediləcək.

 

Nazirlər Şurası Türkiyə Böyük Millət Məclisinə parlamentində Hollandiya ilə dostluq qrupunun birtərəfli qaydada ləğvini tövsiyə edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR