Kabildə şirkət işçilərini daşıyan avtobus partladıldı

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində azı 1 nəfər ölüb, 19 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, ilkin ehtimala görə, partlayışı terrorçu-intiharçı törədib. Polis partlayışda əli ola biləcək üç şübhəlini saxlayıb.

 

Terror aktının hədəfinin özəl şirkətlərdən birinin işçilərini daşıyan avtobus olduğu bildirilir.

 

 

Hələlik heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürməyib.

 

Rəsmi hesablamalara görə, 2017-ci il başlayandan indiyədək Əfqanıstanda 14 terror aktı törədilib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR