Məhkəmə azərbaycanlı sabiq məmuru həbsdə saxladı

Kiyev şəhər Apellyasiya Məhkəməsi vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxlayıb. Bu barədə qərarı məhkəmə kollegiyası martın 13-də qəbul edib.

 

Martın 7-də Kiyevin Solomensk məhkəməsi Roman Nəsirov barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

 

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) azərbaycanlı sabiq rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

 

O, Ali Radanın ölkədən qaçmış deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaq materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətə satmaq yolu ilə dövlət vəsaitini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR