Bakıda havada olan tozun miqdarı artıb - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının  sanitar normadan artıq olduğu müəyyən edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri son 2 gün ərzində apardıqları monitorinq nəticəsində bu qənaətə gəliblər.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

 

Bu toz hissəcikləri atmosfer axınları  ilə, əsasən də  cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.

 

Nazirlikdən bildiriblər ki, əlverişsiz meteoroloji şəraitlə bağlı sabah atmosferdə tozun miqdarı bir qədər də artacaq və proses martın 15-dən zəifləyəcək. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR