Sumqayıt sakini: "Saxladılar, üstümdən tiryək çıxdı"
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbov saxlanılıb. Onun üzərində 0,965 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.
Cabir Qayıbov törətdiyi əməli etiraf edir: "Saxladılar, üstümdən tiryək çıxdı , sonra evə baxış keçirdilər, oradan isə 2 kilo heroin çıxdı".
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin sentyabrından bu ilin martına kimi şəhər ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Əşrəf Qəniyev saxlanılıb. O, oğurladığı əşyaları satmadığını deyib: "Altı çay evi, bir market və üç fərdi yaşayış evindən pul, elektrik naqili, təmir-tikinti alətləri, tütün məmulatları, televizor götürmüşəm. Satmamışam, hamısı evimdə idi".
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA