Daha 78 məcburi köçkün ailəsi sevinəcək - TƏMAS XƏTTİNDƏKİ ŞIXARX KƏNDİNDƏN REPORTAJ
Erməni işğalı zamanı öz doğma yurd-yuvalarını tərk etdikdən sonra 25 ildir xarabalığa çevrilmiş bir kənddə yaşayan ailələr ev sahibi olurlar. Müharibənin acısını ən ağır şəkildə ödəyən və min bir zülmə sinə gələn ailələrə prezident İlham Əliyevin tapşırığı ilə yeni evlər tikilir.
Tərtərin Şıxarx kəndi cəbhə xəttinin lap yaxınlığında yerləşir. 1993-cü ildə ermənilərin işğalı zamanı xarabalığa çevrilən kənddə bu gün əsasən köçkün ailələri yaşayır. Əsasən heyvandarlıqla məşğul olan müharibə adamlarına dövlət qəyyumluq edib. Onların ötən illər ərzində çəkdikləri zilləti unutdurmaq çətin olsa da dövlət Novruz bayramı ərəfəsində 78 ailə üçün məskunlaşdıqları torpaq sahələrində yeni evlər tikir. Şəraitsizlik ucbatından əziyyət çəksələr də, ərazini tərk etməyən ailələr havasına, suyuna öyrəşdikləri torpaqdan köçmədən evə sahib olmağın sevinclərini artırır.
Məcburi köçkün Elxan Əsədov prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Ailə üzvlərimiz adından, öz adımdan bizi evlə təmin etdiyinə görə cənab prezidentimizə öz təşəkkürümüzü bildiririk. Bizim həm də su problemimiz vardı. İndi o da öz həllini tapacaq".
Digər məcburi köçkün Məhəmməd Əsədov ev problemlərinin həll olunacağına şaddır: "Demək çətin olsa da, uşaqları əzab əziyyətlə saxlamışıq. İndi ev problemimiz vardı, o da öz həllini tapır. Kimin əziyyəti olubsa, ona təşəkkür edirik".
Tərtər rayonunda ümumilikdə 4000 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb. Şıxarx, Həsənqaya və Çaylı kəndlərində yaşayanların sosial durumu çox ağırdır. Neçə illərdir heyvandarlıqla məşğul olaraq çörəyini qazanan ailələr qazsız, işıqsız və susuz yaşamaq məcburiyyətində qalıblar. Lakin hər şeyə rəğmən bu torpaqları tərk etməyiblər.
Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin nümayəndəsi Nazim Cəfərov Şıxarxda 250-dən çox ailə yaşadığını deyib: Şıxarxda 250-dən çox ailə yaşayır. İlkin olaraq birinci mərhələdə 78 ailə üçün ev tikilir. İşlərin çox tamamlanmaq üzrədir. Evlər ailə sayına görə nəzərdə tutulub. Bir otaqlı, iki otaqlı, üç otaqlı və dörd otaqlı evlərdir. Kəndə qaz və su xətti, yol çəkiləcək".
Şıxarx kəndində tikinti işləri başa çatdıqdan sonra Çaylı və Həsənqaya kəndlərində tikinti işlərinə start veriləcək. Eyni zamanda kəndlərin yol xətti də yenidən qurulacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA