Avtobuslardan sallanaraq gedən sərnişinlər - FİLM DEYİL, REALLIQ!
Bu görüntülər bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılır. Göründüyü kimi, sürücü vətəndaşları rəsmən ölümə sürükləyir. Əlbəttə bu ilk belə hal deyil, dəfələrlə bu cür hadisələrə şahid olmuşuq. Proqramlarımızda, süjetlərimizdə sərnişinlərin həyatı üçün təhlükə törədə biləcək halların aradan qaldırılması üçün maarifləndirmə işi aparmağa çalışmışıq. Görünən odur ki, nə sərnişinlər maariflənə bilib, nə də sürücülər.
"Sübh tezdəndir, biz Balaxanı qəsəbəsindəyik. Buranın sakinləri bildirirlər ki, bu qəsəbədən şəhər istiqamətinə hərəkət edən avtobus sərnişinlərin həyatı üçün ciddi təhlükə törədir. Hazırda biz həmin avtobusu müşahidə edəcəyik".
Məsələ münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, bu kimi hallar qurumu da narahat edir. O deyib ki, BNA belə hallara qarşı mübarizə tədbirləri həyata keçirilir. Onun sözlərinə görə, bu kimi hallar daha çox Bakıətrafı qəsəbələrdə işləyən marşrut xətlərində, günün pik saatlarında baş verir.
"Bu məsələ ilə bağlı eyni zamanda dövlət yol polisləri də mübarizə aparmalıdır. Artıq onlarla razılaşma əldə olunub, yaxın günlərdə birgə reydlərə başlayacağıq".
Mais Ağayev deyir ki, bu gün bütün daşıyıcılar, Bakı Nəqliyyat Agentliyinə çağırılıb, onlarla yenidən görüş keçiriləcək. Qurum sözçüsünün bildirir ki, vəziyyətin bu yerə çatmasında xətlərdə avtobusların sayının az olması da böyük rol oynayır.
"Bu reallıqdır ki, avtobusların sayında çatışmazlıq var. Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişin daşıma ilə məşğul olan bütün daşıyıcılar fiziki və hüquqi şəxslərdir. Sahibkarlıq subyektləridir. Biz iş aparırıq ki, istifadələrində olan nəqliyyat vasitələrinin sayını artırsınlar, onların da müəyyən maddi çətinlikləri var. Amma çalışacağıq ki, avtobusların sayı artsın ki, bu kimi hallar yaşanmasın".
6 nəfərin ölümü, bir çox şəxsin yaralanması ilə nəticələnən son olay hər kəsə bir örnək olmalıdır, sərnişinlərin isə bu kimi vəziyyətlərdə daha diqqətli olması mütləqdir. Düşünmək lazımdır ki, gedəcəyiniz ünvana bir az gec çatmaq olar, əsas odur ki, təhlükəsizliyinizə tam əmin olasınız.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA