Evi satdırmaq istədi, etiraz edən atasını qətlə yetirdi - QƏTLİN TƏFƏRRÜATLARI

Gecə saatlarında Bakının Xətai  rayonunda törədilən dəhşətli qətlin təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, 30 yaşlı Emin Sadıqov atası, 55 yaşlı Sadiq Saleh oğlu Sadıqovu borc üstündə qətlə yetirib. Sadıqovlar ailəsindən bildiriblər ki, Emin Sadıqovun 30.000 manata yaxın borcu olub. Bir neçə gün əvvəl ata ilə oğul arasında  bu məsələ ilə bağlı  mübahisə yaranıb. Emin Sadıqov atasından təkidlə tələb edib ki, borc ödənməlidir, buna görə, yaşadıqları həyət evini satmaq lazımdır. Ata buna etiraz edib və bildirib ki, oğlunun məhkumluq həyatı onsuz da ona baha başa gəlib və Emin Sadıqova görə xeyli xərcə düşüb.

 

Qeyd edək ki, Emin Sadıqov ötən ilin əvvəllərində oğurluq  faktına görə  həbs olunub və noyabrda azadlığa çıxıb.

 

Dünən axşam saatlarında evə gələn Emin bir vaxtlar borc götürdüyü pula görə zaminlərin onu narahat etdiyini bildirib. Atası ilə yenidən mübahisəsi düşən oğul  əlini bıçağa atıb. Emin Sadıqov atasına bir neçə bıçaq zərbəsi endirib, bu zaman anası ərinin müdafiə etmək istəyib. Oğul anasını da bıçaqla vurub. Əbilov küçəsi, ev 18/12 ünvanında baş verən hadisədən  qonşular həyətə təcili tibbi yardım maşını gələndən sonra xəbər tutublar.

 

"Evdə oturmuşduq, birdən səs gəldi. Həyətə çıxıb baxdıq. Yoldaşım getdi evlərinə, gəlib dedi ki, Sadiqi öldürüblər. Oğlu tərəfindən öldürüldüyünü sonra bildik".

 

Əlindən bıçaq yarası alan Yasəmən Sadıqova xəstəxanaya  aparılıb. Qadının səhhətinin yaxşı olduğu bildirilir. Atasını qətlə yetirən Emin Sadıqov barəsində həbs qəti imkan tədbiri seçilib. Əvvəllər məhkumluq həyatı keçirmiş, ötən ilin sonunda təcridxanadan buraxılmış Sadıqov bu dəfə tezliklə azadlığa çıxa bilməyəcək.

 

Baş verən qətl hadisəsini Xətai rayon prokurorluğu araşdırır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR