Havanın hərarəti 19 dərəcəyə çatacaq
Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-7 dərəcə, gündüz 10-14 dərəcə, Bakıda gecə 4-6 dərəcə, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7 dərəcə, gündüz 14-19 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA