Sabiq polis zabiti həbsxanada vəfat edib

Keçmiş polis zabiti, mayor Məcid Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. 2013-cü ildə Cinayət Məcəlləsinin dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Sabiq polis zabiti uzun müddət Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb, sağ tərəfli beyin insultu keçirən Məcid Quliyevdə sonradan şəkərli diabet, ürəyin ürəyin işemik xəstəliyi və ürəyin dayanıqlı ritm pozğunluğu xəstəlikləri aşkarlanıb.

 

Xəstəxanada vəfat edən məhkum polis orqanlarında çalışmaqla yanaşı tərcüməçi-yazar olub, 3 kitabın müəllifidir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR