Ərdoğan: "Əl-Babı terrorçulardan təmizlədik, növbədə Münbiçdir"
Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Münbiç şəhərinin terrorçulardan azad edilməsi üçün əməliyyat keçirəcək. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlayıb.
Ərdoğan bildirib ki, Suriyadakı əməliyyatların növbəti hədəfi Münbiçdir:
Ölkəmizin təhlükəsizliyi üçün təhdid yaradan Suriya ərazilərinə Cerablus istiqamətindən Azad Suriya Ordusu ilə birlikdə daxil olduq. Raiyə, Dabıka, Əl-Baba girdik və oraları İŞİD terrorçularından təmizlədik. Növbədə Münbiç var".
Ərdoğan bu məsələni Rusiyada prezident Putinlə müzakirə etdiyini deyib. O bildirib ki, "Fərat qalxanı" əməliyyatında yeganə məqsəd Suriyanı Türkiyə üçün təhdidə çevrilən ünsürlərdən təmizləməkdir.
Suriyanın şimalında hansısa terror təşkilatının dövlət qurmasına icazə verməyəcəyik. Bunu yadda saxlasınlar. Onlar bu torpaqlarda heç bir dövlət qura bilməyəcəklər. Qərb dövlətləri nə edirsə-etsin, Suriyada, Yəməndə, İraqda insanlıq asına üzərimizə düşən vəzifələri alnımız açıq şəkildə yerinə yetirəcəyik.
Qeyd edək ki, PKK terror təşkilatının Suriya qanadı olan PYD dünən Münbiçdə muxtariyyət elan edib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA