Almaniya Türkiyəni hədələdi: "Maliyyə yardımını dayandıracağıq"
Almaniyanın maliyyə naziri Volfqanq Şaeuble Türkiyəni iqtisadi yardımları dayandırmaqla hədələyib. APA TV-nin məlumatına görə, nazir deyib ki, Ankaranın Avropa ölkələri ilə yaşadığı problemlər Türkiyəyə Avropa Birliyi tərəfindən verilən maliyyə yardımının dayandırılmasına səbəb ola bilər.
"Türkiyədəki liderlər əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud əsasların üstündən xətt çəkirlər. Türkiyənin Hollandiya, Danimarka və Almaniya ilə yaşadığı gərginliklər Ankaranın lehinə deyil. Mövcud şərtlər daxilində Ankara ilə əməkdaşlığı davam etdirmək son dərəcə çətindir. Almaniya hökumətində hamı gərginliyin artmasına yol verməmək məsələsində həmfikirdir. Yeganə istəyimiz Türkiyənin real düşüncə ilə hərəkət etməsidir".
Qeyd edək ki, Türkiyə Avropa Birliyinə üzvlüyə namizəd ölkə kimi hər il qurumdan maliyyə yardımı alır. Razılaşmaya əsasən, 2014-2020-ci illərdə Avropa Birliyi Türkiyəyə təxminən 4,5 milyard avro yardım etməlidir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA