Dolların faiz dərəcəsinin artırılması ehtimalı nefti sürətlə ucuzlaşdırır

Neft ucuzlaşmaqda davam edir. Yeni birja həftəsinin ilk saatlarında "Brent" markalı neftin qiyməti son üç ayda ilk dəfə olaraq 51 dollardan ucuz satılıb. Hazırda bu markadan olan neft 50,95 dollardan təklif olunur.

 

Qərbi Texas nefti də noyabr ayından etibarən ilk dəfə 48 dollardan ucuz satılıb. Səhər keçirilən hərraclarda 47,95 dollardan təklif olunan WTİ nefti ilə "Brent" arasında fərq 3 dollara çatıb. Bu, bazarda ABŞ-dan qaynaqlanan faktorların zəifləməsi ilə izah olunur.

 

ABŞ-da şist neftinin hasilatı qiymətlər 50 dollardan yüksək olan zaman səmərəli sayılır. Bu səbəbdən "qara qızıl"ın sürətlə ucuzlaşması ABŞ-da hasilata təsirsiz ötüşməyəcək. Həftə ərzində Birləşmiş Ştatlarda hasil olunmuş neft ehtiyatlarının həcminə dair açıqlanacaq iki hesabat neftin qiymətinə pozitiv və neqativ təsir edə bilər. Digər tərəfdən Federal Ehtiyat Sisteminin bu həftə keçiriləcək iclası neftin ucuzlaşmasında ən önəmli rol oynayır. FES dolların faiz dərəcəsini artırmaq niyyətindədir ki, bu, birjalarda xammalın qiymətinə və xarici valyutaların indeksinə ciddi təsir göstərir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR