PYD terror təşkilatı Münbiçdə muxtariyyət elan etdilər
PKK terror təşkilatının Suriya qanadı olan PYD Minbiçdə müstəqillik elan edib. APA TV-nin məlumatına görə, terrorçular Türkiyənin Azad Suriya Ordusu ilə birlikdə əməliyyata hazırlaşdığı Münbiç şəhərində müstəqil hökumət qurulduğunu açıqlayıblar. Açıqlama PYD-nin sosial şəbəkələrdəki hesablarından yayımlanıb.
Terrorçular Türkiyənin Münbiçə hücuma hazırlaşmasını pisləyərək şəhərin təhlükəsizliyini təmin edən ABŞ hökumətinə təşəkkür ediblər.
Xatırladaq ki, PKK/PYD terror təşkilatı Ankaranın etirazlarını nəzərə alaraq Münbiçdə Suriya Demokratik Gücləri və Hərbi Şura adı altında fəaliyyət göstərir. Terrorçulara hərbi yardımları davam etdirən ABŞ xüsusi təyinatlı birləşmələri Türkiyənin Münbiçə hücumunun qarşısını almaq üçün şəhərin şimalında mövqe tutublar.
Rusiya da analoji addım ataraq Əsəd rejimi ilə PYD arasında vasitəçilik edəcəyini açıqlayıb və "Fərat qalxanı" əməliyyatının qarşısını almaq üçün Suriya ordusunun Münbiç ətrafında təhlükəsizlik dəhlizi yaradacağını açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA