Bakıda keçmiş məhkum atasını qətlə yetirib, anasını yaralayıb

Bakıda qətl hadisəsi baş verib.

 

Xətai Rayon Prokurorluğundan  APA-ya verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

 

Emin Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Yaralanan Yasəmən Sadıqova xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, Emin Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

 

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

 

Emin Sadıqov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR