Xaçmazda ağır qəza: ölən var

Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA TV-nİn Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.

 

Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi traktoru  yolun kənarında dayan "VAZ 2106" markalı maşına çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Dünyasını dəyişən gəncin atası uzun müddət yol polisi işləyib.

 

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR