Suriyada 33 iranlı öldürüldü - HADİSƏ YERİNDƏN

Dəməşqdə ard-arda partlayışlar törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 33 nəfər ölüb, 40-dan çox yaralı var.

Terror aktı qəbiristanlıqda həyata keçirilib. Sözü gedən qəbiristanlıqda şiə dini liderlərinin məzarları var.

Səhər saatlarında həmin əraziyə iranlı zəvvarlar gəlib. Partlayışlar da həmin an törədilib. İlkin məlumata görə, əldəqayırma partlayıcılar qəbiristanlığın girişində quraşdırılıb.



 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR