Yağışlı havalar başlayır

Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, ayrı-ayrı yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturunun gecə 2-5, gündüz 9-14 dərəcə, Bakıda gecə 3-5, gündüz  11-13 dərəcə isti olacağı gözlənilir.

 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 12-17 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq. 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR