Nalbandyan: "Türkiyə ilə münasibətləri qeyd-şərtsiz normallaşdırmağa hazırıq"

"Ermənistan Türkiyə ilə münasibətləri bərpa etməyə hazırdır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, belə bir açıqlama ilə yunan həmkarı ilə görüşdən sonra Ermənistanın xarici işlər naziri çıxış edib.


"Bildiyiniz kimi, prezident Serj Sərkisyan Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi üçün addımlar atıb, ancaq Ankara buna müsbət yanaşmayıb". SİTATIN SONU.


Edvard Nalbandyan vurğulayıb ki, ölkəsi Türkiyə ilə heç bir şərt qoyulmadan münasibətləri bərpa etməyin tərəfdarıdır.

Xatırladaq ki, Türkiyənin sərhədləri bağlaması Ermənistanın iqtisadiyyatını daha pis vəziyyətə salır. İrəvan ilk növbədə bu məqsədlə münasibətləri normallaşdırmağa çalışır.


Türkiyə tərəfi isə dəfələrlə bəyan edib ki, sərhədlər yalnız Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxardıqdan sonra açıla bilər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR