Çayxananın qarşısında əl qumbarasını partlatdı - İsmayıllıda baş verən cinayətin TƏFƏRRÜATLARI

İsmayıllı rayonunun mərkəzində törədilən partlayışın bəzi təfərrüatları məlum olub. APA TV-nin yerli bürosunun xəbərinə görə İsmayıllı şəhər sakini, 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlu bazar ərazisinə hərbi təlim qumbarası gətirərək oradakı insanlara hədə-qorxu gəlməyə başlayıb. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Polislər üzərində partlayıcı qurğu olan şəxsi zərərsizləşdirmək məqsədilə ona yaxınlaşıblar. Bu zaman o əlindəki qumbaranı çayxananın qarşısındakı yük arabasının altına ataraq qaçıb. Əl qumbarası böyük partlayışa səbəb olub, nəticədə geyim mağazalarının və çayxananın şüşələri sınıb.

 

Xoşbəxtlikdən hadisə zamanı bazarda heç kim olmayıb. Partlayış nəticəsində çayxanada olan 3 nəfərdən ikisi - rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini, 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən Zakir Kazımov saxlanılaraq istintaqa təhvil verilib. Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR