Taksi sürücüsü həmkarını baltaladı - MÜŞTƏRİYƏ GÖRƏ QAN TÖKÜLDÜ

İsmayıllı rayonunda taksi sürücüləri arasında dava düşüb. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı şəhərindəki mərkəzi bazarın qarşısında qeydə alınıb. Hadisə şahidi olan taksi sürücülərinin sözlərinə görə, 10-UK-483 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, rayonda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Nəsirov Xəyalət Allahverdi oğlu və həmkarı, “VAZ 21099” markalı minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Nəcəfov Ramil Əliabbas oğlu arasında müştəriyə görə dava düşüb.

 

Məlumata görə, Ramil Nəcəfov Xəyalət Nəsirovun ünvanına nalayiq sözlər işlədib. Təhqirə görə tərəflər arasında münaqişə yaranıb. Ramil Nəcəfov idarə etdiyi avtomobilin yük yerindən baltanı götürərək Xəyalətin başına zərbə endirib. Ağır kəllə beyin travması alan Xəyalət Nəsirov İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR