Birjalarda "qara həftə": Neft bir həftədə 4,5 dollar ucuzlaşdı
Birjalarda neft üçün "qara həftə" başa çatıb. Həftənin son hərraclarında "Brent" markalı neftin bir bareli 51,30 dollardan satılıb ki, bu da ötən həftənin son qiymətindən 4,5 dollar ucuzdur.
Həftə Qərbi Texas nefti üçün də uğursuz olub. Ötən həftənin son birja seanslarında 53,23 dollardan satılan WTİ nefti bu həftəni 48,40 dollarla başa vurub. Qərbi Texas neftinin qiyməti bir həftədə 4,83 dollar ucuzlaşıb.
Neftin kəskin şəkildə ucuzlaşmasının səbəbləri ABŞ-dan qaynaqlanır. Həftə ərzində ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının kəskin şəkildə artması, həmçinin Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini növbəti dəfə artıracağı barədə xəbərlər "qara qızıl"ın qiymətinə mənfi təsir edib. "Baha dollar ucuz neft deməkdir" prinsipinə əsasən, neft son bir ildə ilk dəfə olaraq dəyərini bu qədər itirib. OPEK-dən gələn açıqlamalar belə neftin qiymətini qorumasına kömək edə bilməyib.
Neftin gələn həftə də ucuzlaşmağa davam edəcək. Ən güclü ucuzlaşmanın həftənin ortalarında, Federal Ehtiyat Sisteminin qərarı açıqlandıqdan sonra baş verəcəyi gözlənilir. Növbəti bahalaşma tendensiyası ayın sonlarında müşahidə oluna bilər. Martın 26-da Küveytdə OPEK-ə üzv olan və olmayan neft ölkələrinin energetika nazirlərinin görüşü keçiriləcək. Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, Oman, Əlcəzair və Venesuelalı nazirlərin və OPEK baş katibinin iştirak edəcəyi görüşdə hasilatın azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. Görüşdə veriləcək bəyanatlar neftin qiymətini bahalaşdırmasa da, ən azı stabil saxlaya bilər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA