Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 6-ya çatdı - LALƏ NƏSİRZADƏ VƏFAT ETDİ

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən biri də vəfat edib. 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Bəyalı Məmmədov APA TV-yə verdiyi məlumata görə, qəzadan sonra koma vəziyyətinə düşən 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə bu səhər dünyasını dəyişib.

 

Vəfat edən Lalə Nəsirzadə Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi idi.

 

Bununla da martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 6-ya çatıb. Qəza zamanı Sumqayıt Dövlət Universitetinin tələbələrindən Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vüqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzuli oğlu (1997-cı il) vəfat etmişdi. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR