Ərdoğan-Putin danışıqları: yeni Türkiyə-Rusiya-Azərbaycan birliyi yarana bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli ittifaqının yaradılmasını müzakirə ediblər. APA TV-nin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib:
“Azərbaycan, Rusiya, Türkiyə üçtərəfli işbirliyi mexanizmləri üzərində dayandıq. Qarabağ məsələsini də müzakirə etdik”.
Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, Türkiyə və Rusiyanın regiondakı problemlərin həllində işbirliyi bəzilərini narahat edir. "Ancaq biz təxribatlara uymayacağıq, terror təşkilatlarının ikitərəfli münasibətləri zəhərləməsinə icazə verməyəcəyik” - deyə Türkiyə prezidenti qeyd edib. R.T.Ərdoğan Vladimir Putini İstanbula dəvət edib.
Rusiya prezidenti Vladimir Putin isə deyib ki, iki ölkə arasında yaranan böhrandan sonra iş adamları üçün tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA