Şəmkirdə Qarabağ müharibəsi əlillərinə ev verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonunda Qarabağ müharibəsi əlillərinə 3 fərdi yaşayış evi təqdim edib.
Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən razılıq ediblər.
Evlərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini vurğulayıb.
Qeyd olunub ki, 2015-2016-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və respublikamızın bölgələri üzrə ümumilikdə 569 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir olunması işləri davam etdirilir.
Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA