Ərdoğan Kremldə Putinlə görüşdü

Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdə "Akkuyu" Atom-Elektrik Stansiyası, "Türk axını" layihəsi və "S-400" sistemləri ətrafında müzakirələrin aparılacağı gözlənilir. 

 

Görüşdən əvvəl mətbuata açıqlamasında Vladimir Putin bu görüşün uzun müddət sonra analoji formatdakı ilk danışıqlar olduğunu deyib. O, rəsmi Ankara ilə Suriya böhranı da başda olmaqla, dünyada gedən bir sıra önəmli proseslər ətrafında birgə fəaliyyət göstərdiklərini sözlərinə əlavə edib.

 

V.Putin Rusiya ilə Türkiyə arasındakı əlaqələrin sürətli şəkildə inkişaf etdiyini və bunun rəsmi Moskvanın maraqlarına tam cavab verdiyini bildirib: "Rusiya və Türkiyə son zamanlar Suriya da daxil olmaqla dünyadakı böhranları aradan qaldırmaq üçün aktiv olaraq fəaliyyət göstərir. Hər iki ölkənin müdafiə və kəşfiyyat qurumları arasında da uğurlu əməkdaşlıq var. Rusiya və Türkiyə hərbi dairələri arasında bu cür sıx münasibətlərin qurulacağını kimsə gözləmirdi".

 

Liderlər iki ölkə arasında sıx münasibətlərin bundan sonra da davam edəcəyini vurğulayıblar.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR