Fazil Məmmədov: "Banklardan qanunsuz çıxarılan milyonlar..."
Vergilər naziri Fazil Məmmədov “MasterCard” ödəniş sistemini xidmət haqlarını azaltmağa çağırıb. APA TV-nin məlumatına görə, “MasterCard”ın bir sıra xidmətlərə tətbiq etdiyi faiz dərəcələri bəzi vergi dərəcələrindən yüksəkdir: "Bu şikrət iddia edir ki, vergi dərəcələri yüksəkdir, vergi yükü çoxdur. Lakin heç kəsə sirr deyil ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vergi dərəcələrindən yüksəkdir. Məsələyə ədalətli yanaşmaq lazımdır".
Nazir ötən dövr ərzində banklardan qanunsuz olaraq 100 milyon manatdan çox vəsait çıxarılmasına da diqqət çəkib.
Fazil Məmmədovun sözlərinə görə, həmin vəsait Vergilər Nazirliyinin müdaxiləsindən sonra qaytarılıb: "Bundan sonra banklarda likvidlik müsbət istiqamətdə dəyişib".
F. Məmmədov prosesin hansı dövrü əhatə etdiyini qeyd etməyib.
Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransı keçirilib.
Konfransın sonunda Vergilər Nazirliyi, Azərbaycan Auditorlar Palatası, “Deloitte & Touche”,”EY Azərbaycan”, “PwC Azərbaycan”, “KPMG Azərbaycan” və arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA