"Qardaşımı 80 yaşlı qadın öldürə bilməzdi" - GÖYGÖLDƏKİ MÜƏMMALI QƏTLİN TƏFƏRRÜATI
Göygöldə 80 yaşlı qadın qətl törədib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Murovdağ qəsəbəsində qeydə alınıb.
Kəlbəcər rayonundan olan məcburi köçkün 43 yaşlı Şiraslan Atakişiyev bıçaqlanaraq qətlə yetirib. Onun qonşusu və həmyerlisi 80 yaşlı Mərquş Bayramova şübhəli şəxs qismində saxlanılıb. Yaşlı qadın ifadəsində Şiraslanı ona söyüş söydüyünə görə qətlə yetirdiyini deyib.
Mərhumun qardaşı Rizvan Atakişiyev isə mərhumun Bakıdan bir gün əvvəl qayıtdığını deyib:
"Qardaşım Şiraslan 2-3 ay olardı Bakı şəhərində idi. Bacımgil orada yaşayır. İşləri ilə bağlı orada qalırdı. Dünən Bakıdan gəlib. Heç gəlib anası ilə görüşməmiş gecə 12-yə 20 dəqiqə qalmış radələrində həmin o yaşlı arvad Mərquş gəlib anama deyib ki, oğlunu vurub öldürmüşəm".
Rizvan Atakişyevin sözlərinə görə, qardaşı qətlə yetirildikdən sonra Mərquş Bayramovanın yaxınları onların evinə basqın edərək evin pəncərələrini qırıblar. Qətlə yetirilən Şiraslan Atakişiyevin heç kəslə şəxsi qərəzliyi olmadığı bildirilir.
"Gəlmişəm ki, qonşunun qapısında qardaşımı bıçaqlayıblar. Arxası üstə uzadıb kurtkasını belinə səriblər. Sonra meyiti gətirmişik qardaşımın öz evinə. Bu işlərdən mən şübhəliyəm ki, yaşlı bir arvadın onu öldürməyə cəsarəti çatmaz, heç gücü də çatmaz. Mənim qardaşım elə bir oğlan idi ki, 5 nəfərə də cavab verə bilərdi. Burada şübhəli məqamlar var. Mən xahiş edərdim ki, bunu diqqətlə araşdırsınlar".
Qətlə yetirilən Şiraslan Atakişiyev 4 uşaq atası olub.
Cinayəti törətməkdə şübhəli bilinən 80 yaşlı Mərquş Bayramova saxlanılıb.
Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA