"Məktəblilərin dostları"na sertifikatlar verildi

"Məktəblilərin Dostu" layihəsi paytaxtın ümumilikdə 30 məktəbində həyata keçirilib".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Təhsil Nazirinin müavini Ceyhun Bayramov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihənin təltifetmə mərasimində bildirib.

 

Nazir müavini qeyd edib ki, prezident İlham Əliyevin sərəncamına uyğun olaraq təsdiq edilən "Təhsilin inkişafı üzrə dövlət strategiyasına" uyğun olaraq icra olunan layihədə 100 nəfərə yaxın gənc iştirak edərək, ondan faydalanıb: "Hesab edirik ki, bizim məktəblərimizdə daha sağlam mühitin, daha sağlam ab-havanın formalaşdırılması şagirdlərin hərtərəfli inkişafı, asudə vaxtlarının keçirilməsi, onların intellektual inkişafı baxımından da bu layihənin və onunla məşğul olan mütəxəssislərin böyük faydası olacaq".

 

Tədbirdə əvvəlcə layihənin təqdimat çarxı nümayiş olunub.

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev isə könüllülük fəaliyyətinin önəmini vurğulayaraq, bu fəaliyyətin gənclərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsində mühüm amil olduğunu önə çəkib. O, həmçinin "ASAN" könüllülərinin daim prezident İlham Əliyevin onlarla görüşlərində verdiyi tövsiyələri rəhbər tutduğunu deyib: "Bu illər ərzində 200-dən çox layihə həyata keçirilib. Bu da bizim üçün sevindirici və qürurverici haldır ki, Təhsil Nazirliyi də özünün  həyata keçirdiyi bir neçə layihədə "ASAN Xidmət" könüllülərindən istifadə edib".

 

Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə ötən ilin dekabr ayından reallaşdırılan layihə çərçivəsində paytaxt məktəblərində çərçivəsində çoxsaylı tədbirlərin həyata keçirildiyini və bu faktorların məktəb mühitində səmərəliliyin artırılmasına səbəb olduğunu vurğulayıb. Sonda "ASAN Xidmət" mərkəzləri vasitəsilə "Məktəblilərin dostu" layihəsinə cəlb olunanlara sertifikatlar təqdim edilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR