Yaralı tələbələrdən SON XƏBƏR: Birinin vəziyyəti çox ağırdır
Ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 4 nəfərdən birinin vəziyyəti çox ağırdır. Bunu APA TV-yə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") cərrahiyə qəbul şöbəsinin müdiri Ələddin Hacıyev məlumat verib: "Onların arasında Rəşad Canıyev bura gələndə artıq ölmüşdü. Reanimasion tədbirlər apardıq, amma heç bir nəticə vermədi. Qəbul etdiyim pasientlər 1997-1998-ci il təvəllüd olan gənclərdir. Nəsibzadə Lalə də isə ağır politravmadır. Yəni - ağır-kəllə beyin travması, döş qəfəsinin və qarın boşluğunun küt travmasıdır. Daxili qanaxmaya görə o təcili əməliyyata məruz qalıb. Hazırda Lalə xanımın vəziyyəti çox ağırdır".
Digər xəstələrin durumuna gəlincə: "1999-cu il təvəllüdlü Emin Həmidovda kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qeydə alınıb və vəziyyəti orta-ağırdır. Müalicəsi neyrotravma şöbəsində davam etdirilir. 1997-ci il təvəllüdlü Rəsul Sadıqovda isə burun sümüklərinin sınığı, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi olub. O, hazırda üz-çənə cərrahiyyə şöbəsində müalicə olunur".
Hər üç yaralı Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsidir.
Hazırda müalicəsi davam etdirilən Rəsul Sadıqovun atası Valeh Sadıqovla görüşüb oğlunun səhhəti ilə maraqlandır. Əslən Cəlilabaddan olan Valeh Sadıqovun oğlu Bakıda kirayə qalır: "Hazırda Rəsulun vəziyyəti yaxşıdır. Rəsulun yadında hadisə ilə bağlı heç nə qalmayıb. Hadisədir də olub, burda da istənilən diqqət göstərilir".
Xatırladaq ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA