MHP-dən 4 nüfuzlu şəxs kənarlaşdırıldı
Türkiyədə MHP dörd tanınmış üzvünü partiyadan ixrac edib.
APA TV-nin məlumatına görə, bu barədə partiyadan yazılı açıqlama verilib.
MHP Mərkəz İntizam Heyəti Balıkesir millət vəkili İsmail Ok, Kayseri millət vəkili Yusuf Halaçoğlu, İsparta millət vəkili Nuri Okutan və partiya üzvü Sinan Oğanın partiyadan ixrac olunmasına qərar verib. Qərar səs çoxluğu ilə qəbul olunub.
Qeyd edək ki, Sinan Oğan bundan öncə də partiyadan ixrac olunmuşdu. Siyasətçi məhkəmə qərarı ilə partiyaya üzvlüyünü bərpa etdirib. Bir müddət öncə isə Ümit Özdağ partiyadan qovulub.
Adları çəkilən siyasətçilər aprel ayında Türkiyədə keçiriləcək konstitusiya dəyişikliyinə aid referendumda "yox" kampaniyasına başlayıblar. Partiya rəhbərliyi isə referendumda hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA